• Badımcanlı pasta resepti

Reseptin məlumatları Baxış sayı: 5 241

Tarix : 24-07-2018, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 orta badımcan
5 pomidor
1 baş soğan
2 diş sarımsaq
3 x.q. bitki yağı
reyhan (qara və ya ağ)
400 qr. Rigatoni makaronu ( yani içi deşikli makaron)
2 x.q. ricotta pendiri (Labne pendiri ilə əvəz edə bilərsiz)
duz
istiot

Hazırlanması:
1.Baş soğanı və sarımsağı xırda kəsirik.
2.Tavaya bitki yağı əlavə edirik və qızdırırıq. Soğanla sarımsağı əlavə edib qovururuq.
3.Xırda kəsilmiş reyhan əlavə edirik.
4.Pomidorların qabığını asand soymaq üçün arxa tərəfindən kəsik atataq qaynar suda 30 saniyə saxlayırıq. Qabığını soyub xırda kəsirik. Tavaya əlavə edirik. Az xodda bağlı qapaqla 30 dəqiqə bişiririk.
5.Bu vaxtı badımcanları orta kubiklərə kəsib qızardırıq. (Badımcanınız acıdırsa mütləq acılığı çıxardın əvvəl) Hazır badımcanı salfetə yığırıq ki, artıq yağı çəkilsin. Sonra pomidorlu sousa əlavə edirik. Tavanın altını sondururuk. Duz və istiot səpirik.
6.Makaronları adi qaydada bişiririk.
7.Servis edərkən üstünə istədiyiniz pendiri qoya bilərsiz, mən ricotta istifadə etdim siz Labne ilə əvəz edə bilərsiz eyni dad verəcək.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, bilərsiz, pendiri, sarımsağı, Labne, kəsirik, Tavaya, ricotta, xırda, istiot, reyhan, bişiririk, bitki, Hazır, badımcanı, salfetə, çəkilsin, artıq, yığırıq
BİZİ İZLƏYİN