• Qratin Dofinua resepti

Reseptin məlumatları Baxış sayı: 3 162

Tarix : 16-06-2018, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
500 qr. kartof
250 ml. qaymaq
3-4 diş sarımsaq
50 qr. kərə yağı
Duz
İstiot

Hazırlanması:
1.Kartofu soyub nazik-nazik doğrayırıq.
2.Doğranmış kartofu suyun altında yaxşı yuyuruq və kağız dəsmalı ilə yaxşı qurulayırıq.
3.Soba qabını kərə yağı ilə yağlayın.
4.Yağın üstünə 1 lay kartof düzürük.
5.Kartof layına xırda kəsilmiş sarımsaq səpirik.
6.Kərə yağı düzürük.
7.Duz və istiot səpirik.
8.Bu cür lay-lay düzməyə davam edirik. Son lay kartof olmalıdır.
9.Qaymağı qaba süzürük və 15 dəqiqə gözlədirik.
10.Qabın üstünü folqa ilə bağlayırıq və əvvəlcədən 180 dərəcədə isinmiş sobada 1 saat bişiririk. Bişənə yaxın folqanı götürün ki, üstü biraz qızarsın.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: kartof, nazik, düzürük, səpirik, yaxşı, sarımsaq, gözlədirik, Qabın, dəqiqə, üstünü, Qaymağı, edirik, olmalıdır, folqa, süzürük, dərəcədə, folqanı, yaxın, götürün, biraz
BİZİ İZLƏYİN