• Piti resepti

Reseptin məlumatları Baxış sayı: 120

Tarix : 10.02.2019, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
163 qram qoyun əti,
20 qram iri ölçülü noxud,
20 qram quyruq yağı,
15 qram baş soğan,
150 qram kartof,
20 qram təzə yaxud 10 qram quru alça,
0,1 qram zəfəran yaxud 50 qram təzə pomidor,
1 qram quru nanə
Duz
İstiot.

Hazırlanması:
Bunun üçün əvvəlcə ətin hazırlanması lazımdır.

Burda qoyun cəmdəyinin döş, boyun, bud, yaxud kürək hissəsindən, təqribən 55-80 qramlıq 2-3 tikə ət götürülür. Qabaqcadan isə bir qədər noxud arıtlanıb (qara dənlər çıxarılır) 4-5 saat soyuq suda isladılır.

Ət və noxud qaba qoyulib üstünə soyuq su tökülür və bunun ümumi həcmi 0,6 litrə çatdırılır.

Sonra həmin qab zəif od üzərində qoyulub tədricən bişirilir.

Burada əmələ gələn kəf xüsusi kəfkirlə arabir alınır.

Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof (adətən bötöv şəkildə olmaqla, orta ölçüdə və ya yumruvari formada), yuyulmuş alça və duz qatılır, bulyon qaynadıqdan sonra içinə iri kub şəklində doğranmış baş soğan əlavə olunur və xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış qaba xırda doğranmış quyruq yağı, duz və ədviyyət vurulur.

Ayrıca 1 q zəfəran 120 q suda çay kimi dəmlənir və hər iki pay pitiyə bundan bir xörək qaşığı qatılır.

Yeməyin vam odda bişirilməsi davam edir.

Süfrəyə verilmə qaydası:
Piti süfrəyə veriləndə üstünə narın doğranmış quru nanə səpilir.
Piti, bir qayda olaraq öz bişirildiyi qabda süfrəyə verilir və yanına təmiz dərin boşqab yaxud kasa qoyulur.
Ayrıca olaraq süfrəyə həm də boşqab içində soyulmuş baş soğan və sumaq verilir.

Qeyd:
Yay vaxtı və mövsümünə görə pitiyə şabalıd, heyva və pomidor da qatırılr. Belə hallarda alça və zəfəran qatmırlar.

Nuş olsun!

Etiketlər: yaxud, doğranmış, soğan, zəfəran, süfrəyə, noxud, verilir, pitiyə, hazır, boşqab, olaraq, Ayrıca, qatılır, dəqiqə, üstünə, soyuq, olmasına, kartof, pomidor, qoyun
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica