• Quş südü kotleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 460

Tarix : 7-10-2014, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500-700 q toyuq filesi
1 baş soğan
3 dilim ağ çörək (qabıqsız)
100 ml su
2-3 diş sarımsaq (istəyə görə)
4 yumurta (2-si içə, ikisi klyara)
100 q bərk pendir
0,5 dəstə göyərti
2 x.q. kərə yağı
2-3 x.q. xama/mayonez
5 x.q. un
0,5 ç.q. qabartma tozu
duz, istiot, ədviyyat - zövqə görə
qızartmaq üçün bitki yağı
100 ml süd

Hazırlanması:
Farş üçün əvvəlcədən ağ çörəyi süddə isladın. Toyuq filesini yuyun, plyonkadan təmizləyib doğrayın. Blenderdə əti, süddə isladılmış çörəyi, soğanı və sarımsağı (əgər istifadə edirsinizsə) xırdalayın.
Quş südü kotleti resepti - FOTO RESEPT


Sonra duz vurun, 100 ml su əlavə edin, yaxşıca yoğurun. Toyuq kotletinin yumşaq olması üçün ona yumurta deyil, məhz su vurmaq lazımdır.
Quş südü kotleti resepti - FOTO RESEPT


İç: 2 yumurtanı qaynadın. Yumurtanı və pendiri sürtgəcin xırda gözündən keçirin. Göyərtini xırda doğrayın. Yumşaldılmış kərə yağı, duz, istiot əlavə edib hamısını qarışdırın.
Quş südü kotleti resepti - FOTO RESEPT


Klyar üçün 2 yumurtanı xama və ya mayonez, un, qabartma tozu və duzla qarışdırın (oladi xəmiri kimi).
Quş südü kotleti resepti - FOTO RESEPT


Əlinizi isladıb ətdən kotletlər tutun, ortasına iç qoyub, kənarlarını birləşdirin.
Quş südü kotleti resepti - FOTO RESEPT


Kotletləri klyara salın. Tavada bitki yağını qızdırın, kotletləri içinə düzüb, ağzıbağlı tavada qızardın.
Quş südü kotleti resepti - FOTO RESEPT


Süfrəyə istənilən qarnirlə verə bilərsiniz.
Quş südü kotleti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çörəyi, bitki, istiot, qabartma, Toyuq, doğrayın, yumurtanı, xırda, əlavə, qarışdırın, mayonez, süddə, klyara, yumurta, Klyar, istənilən, hamısını, duzla, oladi, isladıb
BİZİ İZLƏYİN