• Çoban qovurma resepti

Reseptin məlumatları Baxış sayı: 3018

Tarix : 27.10.2020, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 xörək qaşığı kərə yağı,
1 xörək qaşığı günəbaxan (ayçiçek) yağı,
750 qr. quzu əti,
15-20 ədəd arpa, yəni xırda soğan,
4-5 diş sarımsaq,
4-5 ədəd acı yaşıl bibər,
3 ədəd pomidor,
1 stəkan ət suyu,
quru kəklikotu,
1 soğanın suyu,
30 milli litr alma sirkəsi,
Zövqə görə duz, qara bibər və qırmızı toz bibər.

Hazırlanması:
Kiçik (quşbaşı) doğranmış ətləri bir qabın içinə qoyun, üzərinə soğan suyu, alma sirkəsi, duz və qara bibər əlavə edib qarışığı soyuducuda 20 dəqiqə saxlayın. Bu arada günəbaxan və kərə yağlarını tavaya tökün istilənsin. Bayaqkı qarışığı soyuducudan çıxarıb suyunu süzün, yağda 15 dəqiqə orta odda qovurun. Sonra arpa soğan və diş sarımsaqları əlavə edin, qarışdıra-qarışdıra 5 dəqiqə qovurmağa davam edin. Daha sonra iri doğranmış bibərləri qarışığın üzərinə töküb yenə 5 dəqiqə qovurun. Küp doğradığınız pomidorları da əlavə edərək əvvəlki şəkildə qarışdırıb qovurmağa davam edin. Ət suyu və quru kəklikotundan başqa digər ədviyyatları üzərinə töküb qazın odunu azaldın. Ətləri qazanda qapağı bağlı olaraq yumşalana qədər təxminən 40 dəqiqə bişirin. Qazın üzərindən götürdükdən sonra kəklikotunu səpin, isti-isti süfrəyə gətirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, bibər, soğan, üzərinə, əlavə, qovurun, qarışığı, doğranmış, töküb, xörək, sirkəsi, sonra, günəbaxan, qaşığı, davam, qovurmağa, qarışdıra, qazın, pomidorları, ədviyyatları
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN