• Səbzi qovurma resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20168

Tarix : 16.07.2015, 20:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Aş - Plov, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Qoyun əti: 330 qram
Baş soğan: 100 qram
Yağ: 25 qram
Abqora: 10 qram və ya limon duzu: 0,3 qram
Zəfəran
Yaşıl ispanaq: 50 qram
İspanaq
Keşniş
Kəvər
Şüyüd
Duz

Hazırlanması:
Səbzi qovurma bişirmək üçün əvvəlcə qoyun cəmdəyinin bel hissəsindən və ya bud hissəsindən ət götürülür. Bu ət təqribən 25-30 qramlıq tikələrə doğranılır. Götürülən ətin sümüksüz olmasına diqqət yetirmək lazımdır. Doğranılan bu qoyun əti tikələri yağda qızardılır.

Baş soğanlar soyulur, doğranılır. Doğranılan soğanlar yağda yüngül qızardılır.

Yağda qızardılan soğanlar da qovrulmuş qoyun ətinə əlavə edilir və qarışdırılır. Bundan sonra soğanlı ətə abroqa və ya limon duzu, zəfəran şirəsi vurulur və qarışdırılır. Qazanın qapağı örtülür. Xörəkyin öz buxarında bişməsi məsləhətdir. Xörək bişənə yaxın (bişməsinə təqribən 5 dəqiqə qalanda) əvvəlcədən kiçik ölçüdə doğradığımız keşniş, kəvər, ispanaq vurulur və qarışdırılır. İstəyə görə başqa göyərti də əlavə etmək mümkündür.

Xörək bişib hazır olduqdan sonra süfrəyə isti halda verilir. Süfrəyə verilən xörəyin üzərinə kiçik – kiçik doğranmış təzə şüyüd səpilir.

Səbzi qovurma süfrəyə plovla birlikdə verilir.

Plov adi qaydada hazırlanır. Belə ki…

Plovu hazırlamaq üçün əvvəlcə duyu ayırtlanır. Biraz suda gözlədilir və suyu bir neçə dəfə dəyişdirilir. Bundan sonra düyü temperaturu 60 dərəcə olan duzlu suda gözlədilir.

Bir qazanda su qaynadılır. Yuyulub biraz suda gözlədilən düyünün suyu süzülür və qaynar suya əlavə edilir. Burada düyü bişənə qədər qaynayır.

Düyünün əzilməməsinə, dənələrin diri qalmasına diqqət yetirmək lazımdır.

Bişib hazır olan düyü, suyu süzülür və geniş bir qazanda dəmə qoyulur.

Səbzi qovurma resepti - FOTO RESEPT

Səbzi qovurma resepti - FOTO RESEPT

Səbzi qovurma resepti - FOTO RESEPT

Səbzi qovurma resepti - FOTO RESEPT

Səbzi qovurma resepti - FOTO RESEPT

Səbzi qovurma resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: soğanlar, sonra, əlavə, qarışdırılır, kiçik, qoyun, yetirmək, diqqət, lazımdır, Doğranılan, yağda, qızardılır, edilir, Bundan, gözlədilir, qazanda, süzülür, verilir, süfrəyə, vurulur
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN