• Çoban qovurma resepti

Reseptin məlumatları Baxış sayı: 29 671

Tarix : 17-03-2016, 23:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
250 q quzu budu,
9-10 dənə göbələk,
2 şorba qaşığı kərə yağı,
5-6 dənə arpacıq soğan ,
2-3 diş sarmısaq,
2dənə yaşıl bibər,
3 dənə pomidor,
Duz ,
İstiot,
Kəklik otu,

Hazırlanması:
Ət, soğan və pomidorları quşbaşı doğrayın. Kərə yağını sac tavada əridib ətləri əlavə edin. Suyunu buraxmaması üçün, yüksək atəşdə qarışdıraraq qovurun.
Ətlərin bişməsinə yaxın, doğradığınız soğan, sarmısaq və göbələkləri əlavə edin.
Soğanlar bişincə pomidor və bibərləri qatın.
Duz və istiotunu atdıqdan sonra yaxşıca qarışdırın.
Pomidorlar əzilənə qədər bişirin.
Sac tavanı ocaqdan alıb üzərinə kəklikotu səpin.
İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: soğan, sarmısaq, pomidor, əlavə, bişincə, atdıqdan, bibərləri, istiotunu, Soğanlar, qatın, sonra, bişməsinə, Ətlərin, yaxın, doğradığınız, göbələkləri, qovurun, qarışdırın, kəklikotu, üzərin
BİZİ İZLƏYİN