• Toyuqlu döşəmə plov resepti

Reseptin məlumatları Baxış sayı: 3138

Tarix : 28.10.2020, 12:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6




Tərkibi:
1 kq uzun düyü
250 qr əridilmiş kərə yağı
1 ədəd toyuq
duz, istiot
sarıkök, zəfəran
3 xörək qaşığı qarğıdalı yağı
1 baş soğan

Hazırlanması:
Toyuq təmizlənib, yuyulduqdan sonra, duz, istiot, sarıkök, doğranmış soğan, qarğıdalı yağı ilə basdırma edilir. Düyü yuyulub bir neçə saat ilıq duzlu suda saxlanılır. Sonra qaynar duzlu suda bişirilir. Tam bişməmiş, ocaqdan götürülüb, süzülür. Qazanın dibinə qazmaq əvəzi toyuq tikələri düzülür. Üzərinə süzülmüş düyü əlavə edilir. Sarıkök, dəmlənmiş zəfəran, əridilmiş yağ da gəzdirilir. Zəif odda 1,5 saat dəmləndikdən sonra toyuqlu döşəmə plov hazırdır. Qazanın qapağını götürüb, üzərinə sini qoyulur və çevrilir. Bu zaman qazanın dibinə çökmüş yağ da plovün üzərinə tökülür və daha da ləzzətli olur.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, üstünü, içinə, töküb, dəqiqə, Doğranmış, istiot, göbələk, örtəcək, qabın, yerləşəcək, götürün, Xəmiri, qədər, tavanın, örtün, Sobada, xəmirlə, qarışığı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN