• Çizburger resepti

Reseptin məlumatları Baxış sayı: 26 379

Tarix : 13-10-2014, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
100 q ət
1 yumurta
1 çimdik duz
1 çimdik istiot
1 balaca baş soğanın yarısı
çörək dilimi
1 st. süd
1 bulka
2 dilim əridilmiş pendir
1 marinə edilmiş xiyar
1 kahı yarpağı
1 pomidor dilimi
mayonez

Hazırlanması:
Əti ət maşınından keçirin. Yumurta, süddə isladılmış çörək, xırdalanmış soğan, duz, istiot əlavə edib qarışdırın. Bulkanın diametri boyda və 1 sm-dən qalın olmayaraq kotlet düzəldib o üz-bu üz qızardın. Çalışın, çox qurumasın.

Şirin olmayan bulkanı iki yerə bölüb 1 dəqiqə mikrodalğalı sobada saxlayın.

Bulkanın alt hissəsinin üstünə azacıq mayonez çəkin, kahı yarpağı, 1 dilim əridilmiş pendir, bişmiş kotlet, üstündən yenidən əridilmiş pendir dilimi qoyun. Marinə olunmuş xiyarı halqa doğrayıb pendirin üstündən qoyun. Hər xiyar diliminin üstünə bir damla mayonez vurun. Bulkanın o biri yarısını üstdən qoyun. Çizburger hazırdır.

Nuş olsun!
Etiketlər: mayonez, dilimi, pendir, əridilmiş, Bulkanın, qoyun, üstündən, xiyar, yarpağı, üstünə, kotlet, çörək, istiot, çimdik, dilim, azacıq, çəkin, bişmiş, yenidən, saxlayın
BİZİ İZLƏYİN