• Pojarski kotletləri resepti

Reseptin məlumatları Baxış sayı: 19 529

Tarix : 30-10-2014, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Bu reseptin tarixini XIX əsrlə bağlayırlar. Bir neçə versiyası var. Onlardan birinə görə, Böyük Knyaz kraf Pojarskiyə qonaq gəlir. Həmin vaxt qrafın mətbəxində mal əti olmadığından, o, aşpaza quş ətindən kotlet hazırlamağı əmr edir. Sonradan da kotletləri onun şərəfinə Pojarski adlandırırlar.

Tərkibi:
500 q toyuq budu
100-150 q bəyaz çörək
1 st. süd və ya qaymaq
1 yumurta
3-4 x.q. kərə yağı
duz
narın suxarı
100 q bitki və ya kərə yağı (qızartmaq üçün)

Hazırlanması:
Toyuğu yuyub suyunun çəkilməsini gözləyin, əti sümükdən ayırın.

Bəyaz çörəyi süddə və ya qaymaqda isladın. Şişəndən sonra sıxın.

Toyuq ətini isladılmış çörəklə birlikdə ət maşınından keçirin.

Duz, əridilmiş kərə yağı, yumurta əlavə edib yaxşıca qarışdırın.

Kiçik kotletlər tutun, narın suxarıya batırıb hər iki üzünü bitki və ya kərə yağında qızardın.
Pojarski kotletləri resepti

Pojarski kotletləri resepti

Pojarski kotletləri resepti

Pojarski kotletləri resepti


Nuş olsun!
Etiketlər: yumurta, narın, bitki, isladın, qaymaqda, Toyuq, sıxın, süddə, Şişəndən, sonra, ayırın, çəkilməsini, suyunun, gözləyin, sümükdən, Bəyaz, ətini, çörəyi, isladılmış, suxarıya
BİZİ İZLƏYİN