• Berlinsayağı ciyər qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 22 294

Tarix : 19-11-2014, 20:00

Bölmə : Quru yeməklər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q qaraciyər
3 baş soğan
2 alma
1/2 st. un
1/3 st. bitki yağı
duz
qara istiot

Hazırlanması:
Əvvəlcə qaraciyəri yuyub-təmizləyin, üstünün pərdəsini təmizləyin, damarları çıxarın. Sonra doğrayın. Unun yarısını qara istiot və duzla qarışdırın. Ciyərləri bu qarışığa batırın. Yağın yarısını tavaya töküb qızdırın, ciyərləri təxminən 8 dəqiqə o üz-bu üz qızardın. Sonra bunları qızdırılmış bir qaba yığıb isti yerə qoyun. Baş soğanı nazik həlqələr şəklində doğrayın. Almaları yuyub qabığını təmizləyin, cecəsini çıxarıb dilimləyin. Alma dilimlərini qalan yağda qızardın. Sonra bunları tavadan götürüb bir qaba yığın. Yağı atmayın. Soğanı yerdə qalan una batırıb elə həmin tavada, həmin yağda qızılı rəng alana qədər qızardın. Süfrəyə verərkən boşqabları isidin, əvvəlcə ciyərləri, sonra alma dilimlərilə soğanları düzün. Yanında kartof qızartması və tərəvəz verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: təmizləyin, Sonra, qızardın, bunları, doğrayın, yarısını, yuyub, həmin, ciyərləri, qalan, istiot, yağda, tavada, batırıb, atmayın, tavadan, dilimlərini, dilimləyin, götürüb, yığın
BİZİ İZLƏYİN