• Kələm sıxması resepti

Reseptin məlumatları Baxış sayı: 16 195

Tarix : 17-12-2014, 10:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 orta ölçüdə kələm
1 kiçik kasa plovluq bulqur
4-5 pomidor
2 xörək qaşığı tomat
1 dəstə incə doğranmış ispanaq
1 baş xırda doğranmış soğan
1/2 stəkan əridilmiş kərə və ya zeytun yağı
Qara bibər
Duz
1 kasa sarımsaqlı qatıq

Hazırlanması:
Kələm yarpaqlarını qazandakı qaynar suda qaynadın, sonra bir kənara soyumağa qoyun. Doğranmış soğanı tavadakı kərə və ya zeytun yağında yaxşıca qovurun, sonra ora bulqur və suyu əlavə edərək bişirin. Qaynadılıb buğlanmış pomidorları bulqurun üzərinə töküb duz, qara bibər, doğranmış ispanaq əlavə edin, yaxşıca qarışdırın.

Soyumuş kələm yarpaqlarının içinə bu qarışığı qoyub, bükün, ovcunuzda sıxandan sonra sobanın yağlanmış tavasına düzülür. Sobanı 180 dərəcə qızdırıb tavanı oraya qoyun. Sıxma hazır olandan sonar çıxarın, üzərinə kərə yağı tökün. Masaya verərkaən sarımsaqlı qatığı unutmayın.
Kələm sıxması resepti

Kələm sıxması resepti

Kələm sıxması resepti

Kələm sıxması resepti

Kələm sıxması resepti

Kələm sıxması resepti

Kələm sıxması resepti

Kələm sıxması resepti


Nuş olsun!
Etiketlər: doğranmış, sonra, zeytun, ispanaq, bibər, sarımsaqlı, qoyun, üzərinə, yaxşıca, əlavə, bulqur, kələm, sıxandan, ovcunuzda, sobanın, yağlanmış, düzülür, tavasına, bükün, töküb
BİZİ İZLƏYİN