• Ət batonu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 396

Tarix : 21-12-2014, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300-400 q dana farşı
1 baş soğan
şirin bibər
suxarı
cəfəri
göy soğan
1 yumurta
parmezan pendiri
tomat sousu
duz
istiot
Ət batonu resepti - FOTO RESEPT


Hazırlanması:
Soğanı, bibəri, cəfərini doğrayın. Farşla qarışdırın. 1 yumurta, stəkanın üçdə biri qədər suxarı və bir qədər sürtgəcdən keçirilmiş parmezan pendiri, azca duz, istiot əlavə edin. Yoğurub dördbucaq çörək batonu formasına salın.

Dərin siniyə qoyun, üzərinə tomat əlavə edin, sobada bişirin. 20-30 dəqiqədən sonra sobadan çıxararaq üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpin ki, qızarsın. Ümumilikdə 50-70 dəqiqə bişirin.

Qarnir kimi kartof püresindən istifadə etmək olar. Bunun üçün püre hazırlayın. Onu çuqun tavaya qoyub üzərinə bitki yağı çəkin, doğranmış göy soğan və parmezan pendiri səpib üstü qızaranadək sobada bişirin.
Ət batonu resepti - FOTO RESEPT

Ət batonu resepti - FOTO RESEPT

Ət batonu resepti - FOTO RESEPT

Ət batonu resepti - FOTO RESEPT

Ət batonu resepti - FOTO RESEPT

Ət batonu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pendiri, parmezan, soğan, üzərinə, bişirin, keçirilmiş, istiot, qədər, əlavə, suxarı, tomat, sürtgəcdən, sobada, yumurta, kartof, püresindən, Qarnir, çıxararaq, sobadan, səpin
BİZİ İZLƏYİN