• Teryaki toyuğu resepti

Reseptin məlumatları Baxış sayı: 14 272

Tarix : 25-04-2015, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq toyuq əti
125 ml soya sousu
4 x.q. alma sirkəsi
1 ç.q. istiot
150 q qəhvəyi şəkər tozu
2 ç.q. nişasta
4 diş sarımsaq
zəncəfil (8-10 sm ölçüdə)

Hazırlanması:
Qazançada şəkər tozu, soya sousu, sirkə, istiot, 50 ml soyuq suda əridilmiş nişasta, sürtgəcdən keçirilmiş zəncəfil və əzilmiş sarımsağı qarışdırın.
Ocağın üstünə qoyub qarışdırın, sous qatılaşmalıdır.
Tavanı yağlayın.
Doğranmış toyuğu düzün.
Sousu üzərinə gəzdirin (bütün tikələri örtsün).
Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Hər 5-7 dəqiqədən bir qarışdırın ki, ət sousu tam canına çəksin.

Nuş olsun!
Etiketlər: sousu, qarışdırın, zəncəfil, şəkər, nişasta, istiot, gəzdirin, bütün, tikələri, Doğranmış, toyuğu, örtsün, Sousu, düzün, üzərinə, sobada, dəqiqədən, canına, çəksin, olsun
BİZİ İZLƏYİN