• Meşə kababı resepti

Reseptin məlumatları Baxış sayı: 16 468

Tarix : 4-07-2015, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
750 q quzu əti,
2 soğan,
2 kartof,
2 ədəd kök,
1 stəkan noxud,
Yarım stəkan duru yağ,
1 yemək qaşığı kərə yağ,
1 yemək qaşığı pomidor tomatı,
2 stəkan su,
2 şirniyyat qaşığı kəklikotu,
Duz,

Hazırlanması:
Qazana 2 qaşıq duru yağ və kərə yağı qoyun.
Yağ möhkəm qızandan sonar soğanı əlavə edin.
Qızarana qədər qovurun.
Ətləri əlavə edin.
Suyunu salıb təkrar çəkənə qədər qovurun.
Kartof və kökləri əlavə edin.
Ətlərlə birlikdə 2-3 dəqiqə qovurun.
Tomatı əlavə edin.
Bütün ərzaqları qarışdırın.
2 stəkan su əlavə edin.
Qazanın qapağını örtün.
Tərəvəz və ətlər yumşalana qədər bişirin.
Noxudları əlavə edin.
Duz, kəklik otu əlavə edin.
Yeməyi daha 5 dəqiqə bişirin.
Orman(meşə) kababınız artıq servisə hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, qovurun, qaşığı, qədər, bişirin, dəqiqə, yemək, Qazanın, qarışdırın, qapağını, Bütün, Ətlərlə, birlikdə, Tomatı, örtün, ərzaqları, yumşalana, artıq, kababınız
BİZİ İZLƏYİN