• Qozlu künbəz plovu resepti

Reseptin məlumatları Baxış sayı: 16 415

Tarix : 23-03-2016, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan düyü,
2 ədəd kök,
Kabak,
Yarım stəkan yaşıl noxud,
3 dənə qırmızı bibər,
Yarım dəstə şüyüd,
3 şorba qaşığı kərə yağlı marqarin.
1 stəkan qarğadalı,
Duz,
İstiot,
3 stəkan su,
Qozlu pendirli sandviç sürmə,

Hazırlanması:
Kök, kabak və yaşıl noxudu bişirin.
Kabak və kökü nərd zəri böyüklüyündə doğrayın.
Qırmızı bibərləri küp-küp doğrayın.
Şüyüdü incə doğrayın.
Dərin bir tavada yağı qızdırın.
Içinə yuyulmuş düyünü və duzu atıb yaxşıca qovurun.
Doğranmış kabak və qırmızı bibərlərin yarsını , kökü, noxudu, qarğıdalını, duzu, istiotu, və qozlu pendirli sandiviçi də düyünün içinə əlavə edib qarışdırın.
Doğranmış şüyüdü və suyu da əlvə edib vam odda düyülər göz-göz olana qədər bişirin.
Bişirdiyiniz plovu dəmlənməyə qoyun.
Kiçik şüşə kasaları isti su ilə isladın və içərisinə ayırdığınız kabak və qırmızı bibərləri səpin.
Üzərinə plov qoyun və qaşığın köməyi ilə düzəldin.
Kasaları tərs çevirib servis tabaklarına çıxardın.

Nuş olsun!
Etiketlər: stəkan, qırmızı, doğrayın, kabak, Doğranmış, qoyun, pendirli, noxudu, bibərləri, Kabak, bişirin, Yarım, yaşıl, Bişirdiyiniz, dəmlənməyə, plovu, şüyüdü, içinə, düyünün, sandiviçi
BİZİ İZLƏYİN