• Vermeşil plovu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 92 696

Tarix : 11-07-2015, 16:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
İncə vermeşil: 500 qram
Baş soğan: 200 qram
Kərə yağı
Qaynar su

Hazırlanması:
Baş soğanlar soyulur, incə – incə doğranılır.
Plov hazırlamaq üçün əvvəlcə kərə yağı əridilir.
Bu əriyən kərə yağnda soğanlar rəngi dəyişənə qədər qovrulur.
Soğanlar qızarandan sonra içərisinə incə vermeşillər əlavə edilir. Burada vermeşillərin rəngi şəffaflaşana qədər qovrulur. Vermeşillərin rəngi qızarmağa başladıqda ocağın üzərindən götürmək lazımdır.
Başqa bir qazanda su qaynadın. Qaynar suyu qovrulub qızarmış vermeşilin üzərinə əlavə edin. Bir dəfə qarışdırın. Vermeşil suyu tamamən özünə çəkdikdən sonra ocağın temperaturu aşağı salınır. Qazanın qapağı örtülür və vam odda plov öz buxarında bişir.
Vermeşil plovu suyu çəkdikdən sonra isti – isti süfrəyə verilir.

Vermeşil plovu resepti - FOTO RESEPT

Vermeşil plovu resepti - FOTO RESEPT

Vermeşil plovu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, rəngi, qədər, çəkdikdən, əlavə, ocağın, Vermeşil, qovrulur, soğanlar, Qaynar, qarışdırın, üzərinə, verilir, vermeşilin, qızarmış, qazanda, Başqa, olsun, qaynadın, qovrulub
BİZİ İZLƏYİN