• Kələm dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 228

Tarix : 8-09-2015, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
Qoyun əti – 162 q,
Düyü – 20 q,
Noxud – 10 q,
Baş soğan – 15 q,
Kələm – 220 q,
Şabalıd – 50 q,
Keşniş – 15 q,
Pomidor – 50 q,
Üzüm sirkəsi – 10 q, və ya limon turşusu – 2 q,
Şəkər – 5 q, və ya doşab – 15 q,
Darçın – 0,1 q,
Duz.

Hazırlanması:
Kələm dolması hazırlamaq üçün qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır. Qiyməyə düyü, soyuq suda isladılmış noxud ləpəsi, təmizlənmiş və xırda doğranmış şabalıd, pomidor, göyərti, istiot və duz vurulub möhkəm qarışdırılır. Kələmi qaynar suda pörtlədim, yarpaqları ayırır və hər pay üçün üç ədəd olmaqla kələmin içərisinə qiymə qoyulub kvadrat formasında bükülür. Bükülmüş dolmalar qazana yığılır, üzərinə bulyon və ya su tökülür, bişirilir. Hazır olmasına 20 dəqiqə qalmış üzərinə şəkər və sirkədən edilir. Süfrəyə verdikdə kələm dolmasının üstünə bişirildiyi sousdan tökülüb darçın səpilir.

Nuş olsun!
Etiketlər: Kələm, qiymə, üzərinə, bükülür, formasında, Bükülmüş, dolmalar, qazana, kvadrat, yığılır, içərisinə, pörtlədim, qaynar, Kələmi, yarpaqları, ayırır, bulyon, kələmin, olmaqla, qoyulub
BİZİ İZLƏYİN