• Çılvır resepti

Reseptin məlumatları Baxış sayı: 16 594

Tarix : 24-04-2016, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 orta boy soğan,
3 _4 ədət yaşil bibər,
3 ədət pomidor(və ya tomat),
1 çay stəkanı düyü,
Pul bibər, duz,
1 yemək qaşığı quru reyhan,
2 ədət yumurta,
1 şirniyyat qaşığı un,
Kərə yağ,

Hazırlanması:
Soğanları yeməklik doğrayın.
Yaşil bibərləri də yeməklik doğrayın.
Pomidorları da yeməklik doğrayın.
Pomidor yoxsa 2 yemək qaşığı tomat da istifadə edə bilərsiniz.
Soğanları və bibərləri yağda qızaranadək qovurun.
Azca qızarınca pomidor, yaxud tomat ,duz, pul bibər qatın.
5 stəkan isti su tökün, düyüləri də əlavə edərək bişirin.
Reyhanı əlavə edin.
Başqa bir tavada bir az su qoyub , qaynayınca duzunu atıb yumurtaları qırın.
Yumurtalar ağarınca hazırlamış oldugunuz ərzaqların üzərinə qoyun.
Bir az kərə yağı və pul bibəri başqa bir tavada qızdıraraq yeməyin üzərində gəzdirərək servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, doğrayın, bibər, yeməklik, Soğanları, əlavə, bibərləri, yemək, tavada, pomidor, tomat, yumurtaları, edərək, qırın, Yumurtalar, duzunu, Reyhanı, qoyub, qaynayınca
BİZİ İZLƏYİN