• Qarabaşaq plovu respeti

Reseptin məlumatları Baxış sayı: 22 455

Tarix : 24-12-2015, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı qarabaşaq,
1 dənə orta boy quru soğan,
4 su stəkanı su,
Bulyon,
Kərə yağı,
Duz,

Ətli sos üçün:
300 q ət,
Zövqə görə tomat,
2-3 dənə quru soğan,
Kərə yağı,
Duz ,
İstiot,

Hazırlanması:
Dəmləməsi üçün:

Soğanı kiçik doğrayın.
Kərə yağında qovurun.
Soğanlar rəngini dəyişincə su əlavə edin.
Su qaynayınca yuyulan qarabaşağı əlavə edin.
Suyunu çəkənə qədər ara sira qarışdıraraq bişirin.
Çox azca suyu qalinca duzuna nəzarət edin.
Qazanın qapağını örtüb dəmləməyə qoyun.

Ətli sosu hazırlama qaydası:
Küp doğranmış ətlər və soğanları kərə yağında ətlər bişənə qədər qovurun.
Ətlər bişdikdən sonra tomat əlavə edib 5dəqiqə yenə qovurun.
Duzu , istiotu yoxlayıb ocaqdan alın.
Ətli sosunuzu dəmlənmiş qarabaşağın üzərinə töküb servis edin.
Not:
1 su stəkanı qarabaşağa ,2 su stəkanı su tökün.

Nuş olsun!
Etiketlər: stəkanı, əlavə, qovurun, ətlər, qaydası, yağında, qədər, tomat, soğan, Ətlər, dəmləməyə, örtüb, qapağını, bişənə, soğanları, bişdikdən, doğranmış, qoyun, hazırlama
BİZİ İZLƏYİN