• Tantuni resepti

Reseptin məlumatları Baxış sayı: 43 126

Tarix : 12-12-2015, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
1 kq quzu əti incə doğranmış,
30 lavaş,
2 soğan,
2 pomidor,
duz,
qırmızı bibər,
sumaq,
duru yağ,
Su,

Hazırlanması:
Əti əvvəlcə bir qazana su töküb rəngi dönənə qədər bişirin.
Pomidor və soğanları ufaq-ufaq doğrayıb sumaq ilə qarışdırın.
Tantuni sac tavasına əvvəlcə su töküb sonra ətləri tökün.
Bir az su, bir az duru yağ ilə davamlı qarışdırıb toz qırmızı bibər və duzunu əlavə edin.
Lavaşları ətin yağına batırıb içinə ət, pomidor və soğan əlavə edib rulon şəklində bükün.

Nuş olsun!
Etiketlər: bibər, qırmızı, sumaq, əvvəlcə, töküb, əlavə, pomidor, soğan, duzunu, sonra, ətləri, qarışdırıb, davamlı, tökün, batırıb, şəklində, bükün, rulon, içinə, yağına
BİZİ İZLƏYİN