• Tantuni resepti

Reseptin məlumatları Baxış sayı: 8257

Tarix : 13.03.2017, 14:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz




Tərkibi:
350 - 400 gr. dana antrikot
lavaş çörəyi
1 ədəd orta boy soğan
1 ədəd orta boy pomidor
13 qr cəfəri
1 yemək qaşığı zeytun yağı
15 qr duz
7 qr sumaq
İstəyə görə pul bibər

Hazırlanması:
Ətləri çox incə və qısa zolaqlar halında doğrayın, soyuq suyun içərisinə alın 15-20 dəqiqə qaynadın, süzün və qaynatdığınız suyu tökməyin.
Vok tavaya duru yağı götürüb qızdırın. Qaynatdığımız tantuni ətlərini tavaya alıb qovurun. Süzdüyünüz ət suyundan 2-3 yemək qaşığı tavaya əlavə edin. Ət suyu buxarlaşınca üzərinə duru yağ əlavə edib ətləriniz qızarana qədər bişirin. Duz və pul bibər əlavə edərək dadlandırın. Lavaş çörəkləri tavadaki ətlərin üzərinə qoyaraq yağı ilə yaxşıca isladın. Çörəkləri dəzgaha alın, tavaya pomidorları əlavə edin biraz çevirib, əti çörəklərin içinə paylaştırın. Sumaq ilə soğanı yoğurun, cəfəri ilə qarışdırın. Bu qarışıqdan da dilədiyiniz qədər çörəklərin içinə yerləşdirin və dürüm edib xidmət edin.

Nuş olsun!

Etiketlər: əlavə, tavaya, bibər, çörəklərin, içinə, qaşığı, yemək, qədər, cəfəri, üzərinə, isladın, qoyaraq, yaxşıca, ətlərin, Lavaş, edərək, bişirin, dadlandırın, Çörəkləri, çörəkləri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN