• Parmezanlı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 11 937

Tarix : 16-03-2017, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
4 ədəd toyuq sinəsi yüngülcə vurularaq nazildilmiş
1 ədəd yumurta
1 stəkan un
1 stəkan çörək qırıntıları
Duz və çəkilmiş dənə qara bibər

Pomidor sousu üçün:
500 qr pomidor rəndələnmiş
1 kiçik soğan
3 diş sarımsaq
1 şirin çay qaşığı şəkər
1 dəstə təzə reyhan
2-3 budaq təzə kəklikotu
3-4 yemək qaşığı zeytun yağı

Üzəri üçün:
100 qr rəndələnmiş parmesan pendiri

Hazırlanması:
Toyuq sinələrini ət döyən ilə yüngülcə nazildin. Ətləri duzlayıp, təzə çəkilmiş qara bibər ilə dadlandırın. Üç qab hazırlayın. Bir qaba un qoyun, içinə duz və qara bibər ataraq dadlandırın. Digər qaba yumurtanı qırın, yüngülcə çırpın. Üçüncü qaba çörək qırıntılarını qoyun. Ətləri yumurtaya ən son olaraq da çörək ununa bulayın və 200 dərəcədə 25 dəqiqə sobada bişirin. Pomidor sousu üçün soğanı incə doğrayın, sarımsağı incə incə doğrayın. Bir sous qazananına zeytunyağı qoyun. Yağ istindikdən sonra soğanı qazana əlavə edin. Orta alovda soğanlar yanmadan bişirin. Sarımsaqları əlavə edin bir az qovurduqdan sonra rəndələnmiş pomidorları əlavə edin. Yüksək alovda pomidorlar suyunu çəkənə qədər bişirin. İncə doğranmış təzə kəklikotu və təzə reyhanı sousa əlavə edin. Duz, şəkər və çəkilmiş dənə qara bibər əlavə edib dadlandırın. Pomidor sousunu bişirdiyiniz toyuqların üzərinə yayıb rəndələnmiş parmesan pendiri səpərək servis edin .

Nuş olsun!
Etiketlər: əlavə, rəndələnmiş, bibər, dadlandırın, çörək, Pomidor, çəkilmiş, bişirin, qoyun, yüngülcə, pendiri, parmesan, şəkər, Ətləri, sonra, soğanı, qaşığı, alovda, doğrayın, kəklikotu
BİZİ İZLƏYİN