• Şabalıdlı hinduşqa sinəsi resepti

Reseptin məlumatları Baxış sayı: 13 999

Tarix : 1-07-2016, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
2 böyük parça hinduşka sinəsi
4 dilim incə doğranmış hinduşka əti
yarım kq şabalıd
1 alma
1 kök
yarım qutu krem
2 xörək qaşığı kərə yağı
yarım su stəkanı toyuq suyu
yarım limon suyu
duz, istiot, darçın, şüyüd

Hazırlanması:
Hinduşka sinəsini döyərək incə hala gətirin.
Şabalıdları qaynadıb qabıqlarını soyduqdan sonra yaxşıca əzin.
Kökləri incə rəndələyin.
Yarım qaşıq kərəyağını qızardıb kökləri əlavə edərək 2-3 dəqiqə çevirin.
Almanı rəndələyib limon suyu ilə qarışdırın.
Dərin bir qabda əzilmiş şabalıd, kök, alma, duz, bibər, darçın və çox incə doğranmış dərəotunu qarışdırın.
Kremi yavaş yavaş əlavə edərək qatı və hazır əldə edin.
İki dilim incə doğranmış hinduşka ətinin üzərinə bir dilim hinduşka sinəsi yayıb içinə hazırladığınız vəsaitdən əlavə edərək roll edin və sonra ipliyi bərkidin.
Qalan kərəyağını tavada qızardıb hinduşka ruletlərini çevirərək qızardın.
Kənarı yüksək bir soba qabına qoyub yarım su stəkanı toyuq suyu əlavə edin.
Orta dərəcədə isidilmiş sobada yaxşıca yumşalana qədər 25-30 dəqiqə bişirin.
İsti olaraq təqdim edin.Qeyd: rulonların pambıq ipliyi və ya cəfəri budaqları ilə calıya bilərsiniz. Hinduşka sobada bişərkən , tez-tez qazandakı sudan qaşıqla götürüb hinduşkanı üzərinə gəzdirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: hinduşka, yarım, əlavə, doğranmış, Hinduşka, dilim, edərək, toyuq, kərəyağını, sonra, yaxşıca, sobada, limon, stəkanı, dəqiqə, darçın, qızardıb, şabalıd, bilərsiniz, yavaş
BİZİ İZLƏYİN