• Hinduşqa əti ilə yuxa doğraması resepti

Reseptin məlumatları Baxış sayı: 14 770

Tarix : 28-02-2016, 15:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
4 dənə quru yuxa ,
7-8dənə hinduşqa qanadı,
1,5 l su,
200 q kərə yağı,
2 su stəkanı döyülmüş qoz içi,

Hazırlanması:
Əvvəlcə hinduşka ətlərini dərin bir qazana alın və 1,5 l su ilə bişirin.
Yuxaların hər birini 3 barmaq genişliyində qatlayaraq bükün.
Bükdüyünüz yuxaları 3-4 barmaq genişliyində kəsin.
Bişən ətləri suyun içindən çıxardaraq didikləyin.
Hazırladığınız yuxa parçalarını qaynayan hinduşqa suyuna batıraraq itamamən isladın və servis tabağına yığın.
Bütün yuxa parçaları bitənə qədər eynı işləmi yerinə yetirin.
Kərə yağını əridin.
Servis tabağına əvvəlcə islatdığınız yuxaları düzün, üzərinə didiklədiyiniz ət parçalarından səpin.
Əritdiyiniz kərə yağını servis tabağının üzərinə gəzdirin və əzilmiş qoz ləpəsi səpərək isti-isti servis edin.

Nuş olsun!
Etiketlər: servis, hinduşqa, barmaq, yuxaları, üzərinə, tabağına, yağını, genişliyində, işləmi, qədər, yerinə, Bütün, itamamən, batıraraq, isladın, yığın, parçaları, bitənə, əridin, tabağının
BİZİ İZLƏYİN