• Köftə qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 14 062

Tarix : 13-03-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq dana qiymə,
400 q un,
5 dənə soğan,
1 dəstə cəfəri,
bir az soda,
2 şirniyyat qaşığı istiot,
2 stəkan duru yağ,

Hazırlanması:
1 kq dana qiymənin üzərinə 2 yumurta qırın.
5 dənə soğanı yeməklik doğrayıb yumurtaya qatın.
Üzərinə incə doğranan bir dəstə cəfəri, 1 az soda, 2 şirniyyat qaşığı istiot səpin.
Ərzaqlarla qarışdırılan qiyməyə 400 q un qataraq yoğurun.
Yoğurulan köftə xərcindən kündələr ayıraraq unla yuvarlayın.
Masaya səpilən unda köftələri vərdənə ilə incə açın.
Açılan köftələri əvvəlcə qızdırılan yağsız tavada çevirərək qızardın.
Sonra da yağda qızardaraq servis tabağında üst- üstə düzün.
Köftələr artıq servisə hazırdır.

Nuş olsun!
Etiketlər: şirniyyat, qaşığı, istiot, köftələri, dəstə, cəfəri, Açılan, vərdənə, əvvəlcə, qızdırılan, yağsız, xərcindən, kündələr, Masaya, tavada, yuvarlayın, ayıraraq, səpilən, Sonra, Köftələr
BİZİ İZLƏYİN