• Daşarası toyuq və yaxud azərbaycansayağı tabaka resepti

Reseptin məlumatları Baxış sayı: 7777

Tarix : 27.02.2016, 15:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
Marinad Üçün:
4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı qurudulmuş kəklikotu
1 xörək qaşığı şirin qırmızı bibər tozu (paprika)
bir çay qaşığının dörtdə biri qədər döyülmüş zirə
8 diş sarımsaq – soyub əzin
2 xörək qaşığı limon suyu
Duz
İstiot

Üstünə:
doğranmış keşniş
nar gilələri

Hazırlanması:
Toyuğu yuyub qurulayın. Quyruğunu kəsib atıb. Toyuğu döşü üstə olmaq şərtilə mətbəx taxtasının üstünə qoyun. İti bıcaqla və ya mətbəx qayçısıyla döş sümüyünün ortasından elə kəsin ki, döş əti ikiyə bölünsün, amma toyuqdan ayrılmasın. Toyuğu o tərəfə çevirib üstündən basın ki, yastılansın.
Marinadın ərzaqlarını bir qabda yaxşıca qarışdırın. Toyuğun hər tərəfinə bu marinadı çəkin. Toyuğu yastı qaba yerləşdirib, üstünü örtün və marinə olması üçün soyuducuya qoyun – ən azı 3 saatlığına. Toyuq marinadda nə qədər çox qalsa, bişdiyində o qədər dadlı olar. Toyuq marinadda bir gecə də qala bilər.
Qalın tavada 3 qaşıq yağ qızdırın. Toyuğu döş əti üstə olmaq şərtilə tavaya qoyun. Sonra isə üstünə ağırlıq yerləşdirin ki, toyuğu yastı tutsun. Mən adətən toyuğun üstünə alt-üst çevrilmiş yastı qab qoyuram, bunu üstünə isə su dolu balaca qasan.
Toyuğun bir tərəfini orta odda təxminən 15 dəqiqə, və yaxud qızaranadək bişirin. Sonra o biri tərəfinə çevirib, o tərəfi də qızardın. Hazır toyuğu süfrəyə verməzdən əvvəl, üstünə göyərti və nar gilələri səpin.

Nuş olsun!

Etiketlər: üstünə, tabaka, Toyuğu, qaşığı, xörək, yastı, qədər, toyuğun, Toyuq, qoyun, müasir, təxminən, çevirib, Sonra, toyuğu, marinadda, süfrəyə, yaxud, daşarası, mətbəx
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica