• Quzu ətli zəfəranli plov resepti

Reseptin məlumatları Baxış sayı: 12105

Tarix : 20.03.2016, 14:03

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6




Tərkibi:
2,5 su stəkanı düyü
1 xörək qaşığı quş üzümü
1 xörək qaşığı dolmalıq fıstıq
2 xörək qaşığı kərə yağı
Duru yağ
1 çimdik zəfəran
Duz
Su

Əti üçün:

1 quzu qol
1 soğan
2 yerkökü
3 dəfnə yarpağı
Dənə istiot
Duz

Hazırlanması:
İri doğranmış quzu qolu qazana qoyuruq və bir az qovururuq. Soğanı və kökləri iri doğrayırıq. Qazana əlavə edirik. Bir az qovururuq və isti su qoyuruq. Dəfnə yarpağı və dənə istiot atırıq. Qapağını bağlayaraq bişiririk. Bişməsinə yaxın duzunu atırıq. Düyü yaxşıca yuyub süzürük. Plov qazanına duru yağ tökürük və dolmalıq fıstığı qovururuq.

Düyü əlavə edirik və qovurmaya başlayırıq. Kərə yağını və quş üzümünü əlavə edirik, qovururuq. Zəfəranı isti su ilə çay stəkanına ısla-yırıq. Rəngi çıxması üçün gözləyirik. Düyün isti suyunu verərkən yağını da suyla əlavə edirik. Duzunu atırıq və qapağını örtərək zəif odda bişiririk. Quzu ətini ocaqdan alırıq, sümüklərindən ayırırıq və suyla birlikdə soba qabına tökürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada qızarana qədər bişiririk. Bişmiş olan plova, ətləri qoyaraq xidmət edirik.

Nuş olsun!

Etiketlər: edirik, əlavə, qovururuq, atırıq, bişiririk, qaşığı, xörək, qoyuruq, suyla, yağını, istiot, tökürük, dolmalıq, yarpağı, Duzunu, qapağını, örtərək, ətini, ocaqdan, üzümü
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN