• Balıq buğlaması resepti

Reseptin məlumatları Baxış sayı: 16 398

Tarix : 18-01-2016, 13:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo bölgə balığı (beluqa) – tikələrə bölünmüş
2 ədəd pomidor – qabığını soyub, doğrayın (2 stəkan alınmalıdır)
1 ədəd yaşıl bibər – doğrayın (1 stəkan alınmalıdır)
1 ədəd kərəviz sapı – doğrayın (yarım stəkan alınmalıdır)
yarım stəkan doğranmış cəfəri
2 ədəd dəfnə yarpağı
1 ədəd kiçik limon – 4 dilimə kəsilmiş
4 xörək qaşığı kərə yağı
duz, istiot

Hazırlanması:
Qazan və ya dərin tavanın dibinə balıqları düzün. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada balığın üstündən lay-lay düzün – pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı. Qazanın qapağını örtün və buğlamanı vam oddan təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin. Çörəklə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: stəkan, doğrayın, alınmalıdır, yarım, kərəviz, cəfəri, dəfnə, limon, bibər, istiot, pomidor, düzün, balığın, örtün, buğlamanı, üstündən, qapağını, qaydada, ərzaqları, Qazanın
BİZİ İZLƏYİN