• Balıq buğlaması resepti

Reseptin məlumatları Baxış sayı: 41 239

Tarix : 25-06-2014, 01:38

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kilo bölgə balığı (beluqa) – tikələrə bölünmüş
2 ədəd pomidor – qabığını soyub, doğrayın (2 stəkan alınmalıdır)
1 ədəd yaşıl bibər – doğrayın (1 stəkan alınmalıdır)
1 ədəd kərəviz sapı – doğrayın (yarım stəkan alınmalıdır)
Yarım stəkan doğranmış cəfəri
2 ədəd dəfnə yarpağı
1 ədəd kiçik limon – 4 dilimə kəsilmiş
4 xörək qaşığı kərə yağı
Duz, istiot

Hazırlanması:
Qazan və ya dərin tavanın dibinə balıqları düzün. Duz-istiot səpin.
Qalan ərzaqları bu qaydada balığın üstündən lay-lay düzün – pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı. Qazanın qapağını örtün və buğlamanı vam oddan təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin. Çörəklə süfrəyə verin.

Nuş Olsun!
Etiketlər: stəkan, doğrayın, alınmalıdır, düzün, kərəviz, istiot, pomidor, limon, dəfnə, cəfəri, bibər, örtün, qapağını, buğlamanı, ərzaqları, Qalan, qaydada, balığın, səpin, üstündən
BİZİ İZLƏYİN