• Levrek qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 13 778

Tarix : 8-05-2016, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
3 levrek
Duz
İstiot
Yarım limon

Qızartmaq üçün:
Un
Yumurta
Suxarı

Salatı üçün:
Roka
Kahı
Qırmızı soğan

İçlik üçün:
Kartof
Duz
İstiot
Zeytun yağı
Biberiye
Pulcuq istiot

Hazırlanması:
Kartofları soyub qalın bir şəkildə dilimləyirik. Soba qabına düzürük
Yarısını keçməyəcək qədər su töküb öncədən isidilmiş 190 dərəcə sobada bişiririk. Yarı konsistensiya bişirdiyi zaman sobadan çıxarıb üzərinə, duz, istiot, pul bibər və biberiye səpirik.

Bir az zeytun yağı töküb bişirməyə davam edirik. Balıqları can əti olaraq təmizləyirik. Qarışdırma qabına alırıq. Limon suyu, duz və istiot əlavə edib qarışdırırıq. Düz bir boşqaba alıb ən az yarım saat saxlayırıq.

Saxlandıqdan sonra qızartmaq üçün, əvvəl çalınmış yumurta sonra un və undan sonra suxarıda bulayıb duru yağ qoyduğumuz bir tavada qızardırıq. Boşqaba, doğranmış roka, kahı və qırmızı soğanı qoyuruq. Qızarmış balıq və kartofları qoyub xidmət edirik.

Nuş olsun!
Etiketlər: istiot, sonra, töküb, qabına, edirik, İstiot, boşqaba, yarım, Saxlandıqdan, qızartmaq, qarışdırırıq, saxlayırıq, Limon, Balıqları, davam, bişirməyə, olaraq, təmizləyirik, əvvəl, alırıq
BİZİ İZLƏYİN