• Yumurtalı və toyuqlu tost resepti

Reseptin məlumatları Baxış sayı: 15 021

Tarix : 14-06-2016, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 4-6


Tərkibi:
12 dilim kəpəkli çörək,
3 ədəd toyuq döşü,
3 ədəd yumurta,
2 şorba qaşığı maye yağ,
½ çay qaşığı duz,

Fəsləyən sosu üçün:
½ dəstə təzə fəsləyən,
½ çay stəkanı fıstıq,
2 diş sarımsaq(arzuya görə),
1 çay stəkanı pendir(rəndələnmiş),
2 şorba qaşığı zeytun yağı,
1 çay qaşığı duz

Hazırlanması:
Yumurtalı və toyuqlu tostun hazırlanma qaydası:
Toyuq döşünü yuyun.
Sonra toyuq döşünün hər iki üzünü qızardın.
Qızartdığınız toyuq döşünü ikiyə bölün.
6 dədəd döş olacaqdır.
Digər tərəfdə tavanı qızmağa qoyun.
Qızdırdığınız tavaya maye yağ əlavə edin.
Yumurtaları təmiz yuyun.
Yuduqdan sonra şüşə kasaya yumurtaları qırın.
Yumurtaların üzərinə duz əlavə edib çəngəllə çırpın.
Əriyən maye yağın içinə yumurtanı tökün.
Yumurtanı heç qarışdırmayın.
Omletdə bişdiyi qədər bişirin.
Bişən yumurtanı da 6 hissəyə bölün.

Fəsləyənli sosun hazırlanma qaydası:
Saplaqlarından ayırdığınız fəsləyəni yaxşıca yuyun.
Təmiz bir bezin üzərində suynu çəkməyə qoyun.
Fıstıqları bir tavada qovurun.
Sonra fıstıqları rondodan keçirdin.
Sarımsaqları soyb doğrayın.
Fəsləyən yarpaqlarını, sarımsağı, duzu və zeytun yağını da rondoya əlavə edib möhkəm çəkin.
Lap sonda isə rondonun içinə pendiri də əlavə edib qaşıqla qarışdırın.
Kəpəkli çörəyin üzərinə fəsləyən sosundan qaşıq yardımıyla çəkin.
Üzərinə əvvəl yumurtanı sonra toyuq döşünü yerləşdirin.
Digər çörəyi də üzərinə qapadaraq sandiviç hazırlayın.
Tostumuz yeyilməyə hazırdır.
Isti halda servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, toyuq, qaşığı, yuyun, üzərinə, yumurtanı, döşünü, qaydası, hazırlanma, Sonra, Digər, sonra, çəkin, zeytun, qoyun, bölün, içinə, stəkanı, Fəsləyən, fəsləyən
BİZİ İZLƏYİN