• Bozartma resepti

Reseptin məlumatları Baxış sayı: 55 709

Tarix : 16-06-2016, 09:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
500-700 q yağlı qoyun əti,
4 əd soğan,
5 əd pomidor,
3 x.q şüyüd və keşniş,
qara istiot (dən yaxud döyülmüş)
duz

Hazırlanması:
Kiçik tikələrlə doğranmış qoyun ətinin üzərinə soyuq su tökülür və qoyulur qaynamağa, üzünə çıxan kəfi yığılır.
Təxminən 1.5 saat qaynamalıdır.
Sonra qoyun əti odun üzərindən götürülür, öz yağında (bulyondan yığılmış) yarımhalqa şəkilində doğranmış soğanla bir yerdə qovurulur
Xırda doğranmış pomidorlar və yaşıl bolqar bibəri əlavə edib, onların şirəsi çıxana qədər qovururuq. Sonra üzərinə süzülmüş bulyonuda tökürük, duz istiot vurub qoyuruq birazda qaynasın.
Süfrəyə verilərkən üzərinə xırda doğranmış göyərti səpilir.

Nuş olsun!
Etiketlər: doğranmış, qoyun, üzərinə, istiot, Sonra, bolqar, bibəri, onların, çıxana, şirəsi, əlavə, yaşıl, yerdə, soğanla, qovurulur, Xırda, pomidorlar, qədər, süzülmüş, qaynasın
BİZİ İZLƏYİN