• Açıq ətli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 15 173

Tarix : 26-07-2016, 15:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 q kartof
200 q un
1 yumurta
50 q kərə yağı
duz

:
500 q mal əti, yaxud qiymə
2 bolqar bibəri
1 pomidor
2 orta boy baş soğan
100 ml 33-38%-li qaymaq
100 ml süd
2 yumurta
2 x.q. tomat pastası
duz
istiot
sürtgcdən keçirilmiş pendir

Hazırlanması:
Kartofu xırda doğrayıb duzlu suda bişirin. Sonra suyunu süzüb əzin. Yumurta, yağ qatıb yaxşıca qarışdırın. Un qatıb xəmir yoğurun. Kənarları açılan formaya döşəyin, kənarlarını qaldırın. İçi hazırlayanadək dondurucuda saxlayın.
Bibəri xırda doğrayıb yüngülcə qovurun. Soğanı xırdalayıb ayrı tavada qovurun, qiyməni, yaxud xırda doğranmış əti əlavə edib bişirin, duz vurun. Bibəri və xırda doğranmış pomidoru əlavə edin. Formanı dondurucudan çıxarın, içi xəmirin üzərindən döşəyin.
Qaymaq, süd və tomat pastasını qarışdırın. Yumurta qatıb yüngülcə çalın. Duz-istiot vurun. Piroqun üzərinə gəzdirin.
200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişməyə 10 dəqiqə qalmış üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.

Nuş olsun!
Etiketlər: xırda, qatıb, bişirin, doğrayıb, yumurta, üzərinə, keçirilmiş, xəmir, döşəyin, qarışdırın, Yumurta, yaxud, vurun, pendir, dəqiqə, yüngülcə, qovurun, istiot, Bibəri, əlavə
BİZİ İZLƏYİN