• Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 897

Tarix : 30-07-2016, 20:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kartof
400 q göbələk
70 q kərə yağı
1 baş soğan
250 ml qaymaq, yaxud xama
200 q holland pendiri

Hazırlanması:
İri, uzunsov kartofları tərtəmiz yuyun. Qabığını soymayın, amma xarab yeri varsa, bıçaqla kəsib çıxarın.
Ortadan uzunasına iki bölün. Aşağısını bıçaqla nazik kəsib hamarlayın ki, formaya düzəndə aşmasın.
Çay qaşığı ilə kartofların içini qaşıyıb çıxarın. Dibi ən azı 5-7 mm qalınlıqda olsun (içindən çıxardığınızı atmayın, başqa bir yeməkdə istifadə edin).
Hazır kartofları soyuq suya qoyun ki, qaralmasın.
Sobanı 180-200 dərəcə qızdırın.

Jülyen:
Tavada 50-70 q kərə yağını əridin, xırda doğranmış göbələyi əlavə edib qovurun.
Qarışdırın, göbələk süyunu buraxandan sonra daha 2 dəqiqə qapağı örtülü vəziyyətdə bişirin və xırda doğranmış soğan əlavə edin. Qarışdıraraq 5-7 dəqiqə bişirin, yarım xörək qaşığı un əlavə edib yenidən yaxşıca qarışdırın.
250 ml qaymaq, yaxud 250 ml xama əlavə edib qarışdırın. Qaymaq (yaxud xama) qatılaşanadək, təxminən 3-4 dəqiqə bişirin. Ocaqdan götürün.

Sinini yağlayın. Kartofları sudan çıxarıb suyunu süzün. Lap az duz və istiot vurun, içinə azacıq kərə yağı qoyun, sonra qaşıqla jülyendən götürüb kartofların içini doldurun.

Sobanın orta gözündə 15 dəqiqə bişirin. Çıxarıb üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin.
Yenidən sobaya qaytarıb 15-20 dəqiqə bişirin. Üzəri qızarıb qazmaq kimi olacaq.

Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT

Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT

Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT

Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT

Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT

Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT

Qabı ilə yeyilən jülyen resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, bişirin, əlavə, yaxud, kartofların, qaşığı, kəsib, içini, çıxarın, qoyun, sonra, bıçaqla, xırda, qarışdırın, doğranmış, pendiri, holland, soğan, göbələk, kartofları
BİZİ İZLƏYİN