• Bulkada toyuqlu jülyen resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16212

Tarix : 17.08.2014, 16:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Adi, orijinal jülyenin hazırlanma qaydasından əvvəllər bəhs etmişdik. Yeni ildə masaya orijinal təamlar düzmək istəyənlər üçün daha bir variantı - bulkada toyuqlu jülyeni - təqdim edirik.

Tərkibi:
300 q toyuq filesi
200 q təzə şampinyon
1 baş soğan
300 q xama
50 q kərə yağı
1 x.q. un
duz
qara istiot
1 dəstə şüyüd
200 q pendir
4 ədəd hamburger üçün bulka

Hazırlanması:
Bulkaları hazırlayın:
üstünü qapaq kimi kəsib, içini çıxarın.
Bulkada toyuqlu jülyen resepti - FOTO RESEPT


Bitki yağında xırda kubik doğranmış soğanı, lay-lay doğranmış göbələyi qovurun. Tavanın qapağını örtüb göbələklər yumşalıncayadək bişirin. Yumşaldıqdan sonra tavanın qapağını açın, suyu quruduqdan sonra duz, istiot vurun. İstəyə görə şüyüd də əlavə edə bilərsiniz.
Bulkada toyuqlu jülyen resepti - FOTO RESEPT


Toyuq filesini kubik doğrayıb ayrıca qovurun. Duz, istiot vurun.
Bulkada toyuqlu jülyen resepti - FOTO RESEPT


Toyuğu göbələklə birləşdirin, un qatın, qarışdırın, xama əlavə edin, azca su əlavə edin ki, sous bir qədər duru olsun.
Bulkada toyuqlu jülyen resepti - FOTO RESEPT


Bu qarışığı bulkaların içinə doldurun, üzərinə pendiri sürtgəcdən keçirin, 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.
Bulkada toyuqlu jülyen resepti - FOTO RESEPT

Bulkada toyuqlu jülyen resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: istiot, əlavə, şüyüd, olsun, vurun, bişirin, qapağını, sonra, orijinal, qovurun, kubik, doğranmış, Toyuq, filesini, örtüb, Yumşaldıqdan, bilərsiniz, göbələklər, tavanın, yumşalıncayadək
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN