• Şüyüd plov resepti

Reseptin məlumatları Baxış sayı: 17 406

Tarix : 10-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
2 stəkan düyü
2 ədəd baş soğan
3 stəkan isti su (ət ya da toyuq bulyonu istifadə etmək olar)
4 ədəd kartof
3 ədəd yaşıl soğan
1 ədəd kök
1 ədəd limon suyu
2 ədəd qənd
Şüyüd
2 stəkan zeytun yağı
Duz və istiot zövqə görə

Hazırlanması:
Yaşıl soğanın yaşıl hissələrini kiçik doğranılır, kartof kub şəklində doğranılır. Baş soğan xırda-xırda doğranılır, kök təmizlənir kub şəklində doğranılır. Soğan orta alovda zeytun yağı əlavə edilərək bir az qovrulur, sonra üzərinə kök əlavə edilərək yenə də qovrulur. Daha sonra bunların üzərinə düyü əlavə edilib 4-5 dəqiqə qovrulur. 4-5 dəqiqədən sonra bütün ərzaqların üzərinə isti su əlavə əlavə edilir, qənd duz və istiot əlavə edildikdən sonra, orta odda plov qaynayanadək bişirilir. Su qaynamağa başladıqda kartof və yaşıl soğan düyüyə əlavə edilib qarışdırılır. Orta alovda su quruyanadək bişirilir. Su çəkilənə yaxın xırda-xırda doğranmış şüyüd, limon suyu və istiot əlavə edilərək qarışdırılır. Qazan dəsmalla bükülərək ən azı 30 dəqiqə saxlanılır. Daha sonra süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, soğan, doğranılır, xırda, edilərək, istiot, üzərinə, qovrulur, stəkan, kartof, yaşıl, alovda, şəklində, limon, qarışdırılır, bişirilir, edilib, dəqiqə, zeytun
BİZİ İZLƏYİN