• Ətli yaşıl lobya resepti

Reseptin məlumatları Baxış sayı: 12 329

Tarix : 12-08-2016, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq yaşıl lobya,
250 qr kub şəklində doğranmış ət,
zeytun yağı,
2 baş quru soğan,
2 pomidor,
duz,
istiot.

Hazırlanması:
Doğranmış soğanı və əti yağda qovurun. Qabığı soyulmuş pomidoru əlavə edin və qarışdırın. 2-3 stəkan su əlavə edib ətlər yumşalana qədər bişirin. Bu arada lobyaları təmizləyin və doğrayın, lobya təmizlənərkən başlar kəsilməlidir. Ət yumşaldıqdan sonra yuyulmuş və təmizlənmiş lobyaları üzərinə əlavə edin və qapağını örtüb 5-10 dəqiqə bişirin. Sonra üzərini keçməyəcək qədər su əlavə edib lobyalar yumşalana qədər bişirin. Duz və istiotu əlavə edin. Lobyaların bişdiyini görəndə yeməyiniz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, bişirin, yumşalana, lobyaları, lobya, təmizlənmiş, üzərinə, qapağını, örtüb, yuyulmuş, kəsilməlidir, yumşaldıqdan, sonra, dəqiqə, Sonra, bişdiyini, görəndə, yeməyiniz, hazırdır
BİZİ İZLƏYİN