• Farfalle, çerri pomidorları, motsarella və baziliko ilə resepti

Reseptin məlumatları Baxış sayı: 11 715

Tarix : 5-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Farfelle - 500 q,
çerri pomidorları - 150 q,
motsarella - 125 q,
bazilika - 35 q,
sarımsaq - 1 diş,
doğranmış soğan,
zeytun yağı - 2 xörək qaşığı,
duz - arzu etdiyiniz qədər.

Hazırlanması:
1) Sarımsağı və soğanı xırda doğrayın və tavada yağda qızardın. Çerri pomidorlarının qabığını, tumlarını çıxardın və fileni kub şəklində doğrayın. Onları soğan və sarımsağa bazilika yarpaqları ilə birlikdə qatın, duz əlavə edin və əlavə 3 dəqiqə bişirin. Motsarellanı kub şəklində doğrayın.
2) Çox miqdarda duzlu suda farfelleni "al-dente" vəziyyətinə çatanadək qaynadın, suyunu boşaldın, sousla və motsarella ilə qatın. Yemək hazırdır!

Ailəniz üçün məsləhətlər:
Bu yeməyin dadını uşaqlar üçün daha xoş və zərif etmək üçün sarımsaq heç vurmamaq, bazilikanı isə xırda doğranmış cəfəri ilə əvəz etmək olar. Bu balanslı qidalandırıcı təam xüsusən görməyə xeyirli A vitamini, antioksidant kimi bütün orqanizmin sağlam və düzgün işləməsinə imkan yaradan C vitamini ilə zəngindir.

Nuş olsun!
Etiketlər: doğrayın, soğan, xırda, əlavə, qatın, vitamini, doğranmış, sarımsaq, motsarella, şəklində, etmək, bazilika, zərif, yeməyin, uşaqlar, dadını, Ailəniz, boşaldın, suyunu, qaynadın
BİZİ İZLƏYİN