• Pipe Rigate qırmızı sousda resepti

Reseptin məlumatları Baxış sayı: 11 981

Tarix : 7-09-2017, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Pipe rigate 500 q,
çerri pomidor kubları 350 q,
yerkökü kubları 150 q,
motsarella kubları 50 q,
doğranmış soğan 5 q,
doğranmış göy soğan 1 dəstə,
zeytun yağı
3 xörək qaşığı,
şəkər - zövqə,
duz - zövqə görə,
qara istiot - zövqə görə.

Hazırlanması:
1) Soğanı yağda qızardın, çerri pomidorlarını, duzu və şəkəri əlavə edin.
2) Ayrıca tavada yerkökünü iki qaşıq zeytun yağında 2 dəqiqə qızardın, göy soğanla birlikdə pomidora əlavə edin.
3) Pipe rigateni "al dente" (makaronun bişmə vaxtını ötürmək olmaz. İtalyanlar həmin anı “al dente” – “dişə görə” adlandırırlar) vəziyyətinə gələnədək qaynadın, suyunu boşaldıb sous tavasına əlavə edin, ardından motsarellanı əlavə edin.

Baş aşbazın məsləhəti:
Yeməyin daha iştahaçıcı görünməsi üçün yerkökünü dairəvi şəkildə doğrayın, 3 dəqiqə qaynadın və pastanın üzərinə qoyun.

Ailəniz üçün məsləhətlər:
Pendirləri sınaqdan keçirmək istəyirsinizsə, motsarellanı kub şəklində doğranmış Aziaqo ilə əvəz edin. Bu yeməyinizə daha ləzzətli dad qatacaqdır.

Nuş olsun!
Etiketlər: əlavə, kubları, doğranmış, zövqə, zeytun, qızardın, motsarellanı, soğan, yerkökünü, çerri, dəqiqə, qaynadın, Yeməyin, iştahaçıcı, görünməsi, məsləhəti, dairəvi, tavasına, gələnədək, vəziyyətinə
BİZİ İZLƏYİN