• Pendir souslu badımcan və penne rigate ilə bişmə resepti

Reseptin məlumatları Baxış sayı: 12 643

Tarix : 2-09-2016, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
»»2 ədəd badımcan
»»3 xörək qaşığı zeytun yağı
»»350 qr Penne rigate pastası
»»300 ml 33% yağlı qaymaq
»»300 qr maskarpone pendiri
(Bakı şəhərinin bütün böyük supermarketlərində satılır)
» 80 qr sürtgəcdən keçirilmiş parmezan
»»250 qr nazik doğranılmış mozarella pendiri və ya digər əriyən pendir.
»»4 xörək qaşığı təzə reyhan yarpağı
»»Duz

Hazırlanması:
Sobanı 200°C dərəcəyədək isitmək.
Badımcanı yuyub, balaca kubiklərə doğramaq, tavaya qoymaq, üzərinə yağ əlavə edib sobada 20 dəqiqə qızartmaq.
Duzlu suda Penne Rigate pastasını “al-dente” halınadək qaynatmaq.
Pendir sousunu hazırlamaq. Qaymaq və maskarpone tavada qarışdırmaq, zəif odda 5 dəqiqə isitmək.
Parmezanın yarısını əlavə etmək, qarışdırmaq.
Zövgə görə duz, istiot əlavə etmək.
Hazır olan Penne Rigate Saville pastasının yarısını tavaya yerləşdirmək, üzərinə pendir sousunun yarısını əlavə edib badımcan, mozarella və reyhan yarpaqlarını düzmək.
Bütün qatları bir daha təkrarlamaq.
Üzərinə qalan parmezan pendirini səpmək.
Qızılı rəngli qabıq yarananadək 20-25 dəqiqə qızartmaq.

Nuş olsun!
Etiketlər: əlavə, Penne, dəqiqə, yarısını, isitmək, reyhan, pendir, badımcan, mozarella, etmək, Rigate, qızartmaq, parmezan, qarışdırmaq, üzərinə, tavaya, qaşığı, xörək, »»300, maskarpone
BİZİ İZLƏYİN