• Sobada makaron resepti

Reseptin məlumatları Baxış sayı: 26 359

Tarix : 31-08-2016, 22:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 paket makaronu
- 4-5 ədəd pomidor
- 2-3 diş sarımsaq
- 1 stəkan rəndələnmiş holland pendiri
- 2 yemək qaşığı zeytun yağı
- Zövqə görə ədviyyatlar

Hazırlanması:
Makaronları, içinə duz və bir az maye yağ əlavə etdiyiniz bol suda, çox yumşalmayacaq şəkildə qaynadın.
Soyuq sudan keçirin və yaxşıca süzün. Qazana təkrar qoyun. Üzərinə 1 yemək qaşığı zeytun yağını əlavə edib, bir az qarışdırın və bir kənarda saxlayın.
Daha sonra sarımsağı əzib tavaya əlavə edin. Taxta qaşıqla qarışdıraraq bir az qovurun.
Duzunu, qara bibərini də əlavə edib, 2 dəqiqə bişirin.
Sonra rəndələnmiş pomidorları da əlavə edin və təxminən 20 dəqiqə bişirin.
Rəndələnilmiş holland pendirini hazırladığınız makaronların üzərinə tökün və sobaya qoyun. Pendir əriyib, azca qızarandan sonra götürün.

Yemək süfrəyə verilmək üçün hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, zeytun, qaşığı, qoyun, dəqiqə, bişirin, holland, yemək, sonra, rəndələnmiş, təxminən, Sonra, pomidorları, Taxta, bibərini, Rəndələnilmiş, qovurun, qarışdıraraq, Duzunu, qaşıqla
BİZİ İZLƏYİN