• Qoyun ətindən korma resepti

Reseptin məlumatları Baxış sayı: 13 247

Tarix : 15-11-2017, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- Ət (qoyun) sümüksüz- 800 qr
- Yağ (bitki) - 0.25 st.
- Soğan (baş) - 2 ədəd
- Braziliya fıstığı (keşyu) - 100 qr
- Qaram masala - 6 ç.q.
- Bibər (qırmızı, acı) - 6 ədəd
- Zəfəran (sürgəcdən keçirilmiş) - 2.5 sm
- Keşniş (doğranmış) - 1 x.q.
- Qaymaq (az yağlı) - 1 st.
- Duz - zövqə görə
- Şirə (limon) - 2 ç.q.
- Keşniş yarpağı və limon dilimləri - bəzək üçün

Hazırlanması:
1) Qoyun ətini yuyun, qurulayın, artıq piylərini təmizləyin, kub şəklində doğrayın (5sm.);
2) Qazanda yağı qızdırın, qoyun ətini qızardın;
3) Xırda doğranmış soğanı əlavə edin, 5 dəq. qovurun, tez-tez qarışdırın;
4) Ədviyyatları əlavə edin: masala, çili, zəncəfil. 2 dəq. yenə qovurun;
5) Keşniş, qaymaq və 0.25 stəkan su əlavə edin. Qaynadın, sonra qapağını örtün və 1 saata yaxın bişirin (ət tam yumşaq olana qədər). Limon şirəsi əlavə edin, qarışdırın;
6) Süfrəyə isti şəkildə verin. Üzərinə keşniş səpin və limon dilimləri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, limon, Keşniş, masala, doğranmış, ətini, dilimləri, qovurun, qoyun, qarışdırın, örtün, sonra, qapağını, qaymaq, soğanı, Ədviyyatları, zəncəfil, stəkan, Qaynadın, yaxın
BİZİ İZLƏYİN