• Südlü toyuq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 12 104

Tarix : 21-11-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
toyuğu -1 ədəd
3-4 diş sarımsaq
Süd- 200 ml
Duz-istiot
Zeytun yağı

Hazırlanması:
İlk olaraq toyuğu yuyub, təmizləyib, bir salfetin üzərinə qoyub qurumasını gözləyirik. Sonra hər tərəfinə duz-istiot vururuq. Soba qabına zeytun yağı əlavə edib toyuğu yerləşdirib üzərinə ağır nə isə qoymaq lazımdır.
Hər tərəfini 7 dəqiqə qızartdıqdan sonra çıxarıb toyuğu 7-8 hissəyə bölürük. Sonra yenidən 10 dəqiqə bişməyə qoyuruq.
Bu zaman sarımsaq əzəndən keçirdiyimiz sarımsağı zeytun yağında qızılı rəng olana qədər bişirirb, üzərinə 1 stəkan süd tökmək lazımdır.
3- 4 dəqiqə birlikdə qaynadıqdan sonra toyuğu sobadan çıxarıb süfrəyə verərkən üzərinə əlavə edirik.

Nuş olsun!
Etiketlər: toyuğu, üzərinə, dəqiqə, istiot, Sonra, lazımdır, zeytun, əlavə, sarımsaq, sonra, çıxarıb, qızılı, zaman, yağında, keçirdiyimiz, sarımsağı, əzəndən, qədər, sobadan, süfrəyə
BİZİ İZLƏYİN