• Sobada souslu toyuq yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 13 605

Tarix : 21-11-2016, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
600 qram sümüksüz toyuq sinəsi
2 ədəd qırmızı bolqar bibəri
1 stəkan qaynadılmış noxud
1 çay qaşığı zəfəran
3-4 yemək qaşığı duru yağ
duz

Sous üçün:
1,5 su stəkanı süd
1,5 yemək qaşığı un (təpələmə)
2-3 yemək qaşığı duru yağ

Üzəri üçün:
50 qram holland pendiri sürtgəcdən keçirilmiş
1 çay qaşığı pul bibər

Hazırlanması:
Əvvəlcə sümüksüz toyuq sinə ətini kiçik barmağı uzunluğunda və qalınlığında olacaq şəkildə doğrayın.
Yapışmayan bir tavada ətlərin rəngi dönənə qədər qovurun.
Daha sonra duru yağ əlavə edərək, ətlər bişənə qədər qovurun.
Qovrulan ətlərə zəfəranı və duzu əlavə edin. Bu şəkildə təxminən bir dəqiqə qədər qovurub altını söndürün. Beləcə ön bişirmə hazırdı.
Sous üçün;
Qazanın içərisinə duru yağ əlavə edin və üzərinə unu əlavə edərək qovurun. (Təxminən bir dəqiqə qədər). Unun rənginin çox dəyişməməsi lazımdır. Çünki sosumuzun rəngi dəyişər.
Qovrulan unun üzərinə südü əlavə edib çırpıcı ilə qarışdırın. Bir miqdar duz əlavə edib, qaynadıqdan sonra altını söndürün.
İstiliyə dözümlü soba qabınıza ətləri əlavə edin və üzərinə incə bir şəkildə halqa-halqa doğradığınız qırmızı bibərləri yerləşdir. Qaynadılmış noxudlardan səpin.
Sousu üzərinə gəzdirin. Daha sonra uzərinə sürdgəcdən keçirilmiş holland pendirini səpin. Son olaraq yeməyinizin görüntüsünü və ləzzətini artıran pul bibərləri səpib. əvvəlcədən 180 dərəcə isidilmiş sobada pendirlər əriyib yüngül qızarana qədər bişirin. Süfrəyə ilıq şəkildə verilə bilər.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, qədər, üzərinə, şəkildə, sonra, yemək, qovurun, halqa, dəqiqə, keçirilmiş, bibərləri, Qovrulan, edərək, səpin, altını, rəngi, söndürün, holland, sümüksüz
BİZİ İZLƏYİN