• Düyü və toyuq qarniri resepti

Reseptin məlumatları Baxış sayı: 13646

Tarix : 27.11.2016, 20:00

Bölmə : Quru yeməklər, Aş - Plov

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
350 qr. sümüksüz toyuq budu
2-3 ədəd bibər
1 ədəd soğan
2-3 ədəd pomidor
2-3 diş sarımsaq
1 qəhvə fincan duru yağ
1 çay qaşığı tamat
1 çay qaşığı qarışıq ədviyyat

Hazırlanması:
1. Duru yağı tavaya tökün. Üzərinə doğranmış toyuqları, bibərləri, sarımsaqları və soğanları əlavə edin, ədviyyatları da əlavə edib qovuraraq bişirməyə başlayın.
2. Toyuq suyunu salıb çəkənə qədər qovurun.
3. Toyuq suyunu çəkəndən sonra üzərinə pomidorları və tamatı əlavə edib qarışdıraraq biraz daha bişirin. Sonda qapağın bağlayıb 5-6 dq daha bişirin yeməyimiz hazırdır.

Zövqünüzə uyğun olaraq yanında düyü və yaxud başqa yemək də hazırlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, suyunu, bişirin, qaşığı, Toyuq, biraz, qarışdıraraq, sümüksüz, Sonda, qapağın, tamatı, pomidorları, qovurun, çəkəndən, sonra, üzərinə, bağlayıb, yeməyimiz, yemək, başqa
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN