Tərkibi:1 ədəd ördək (yağlı)
250 qr kərə yağı
200 qr qoz ləpəsi
2 ədəd baş soğan
1 kq düyü
Su
Duz, istiot
Hazırlanması:Düyü yuyulur, 3-4 saat suda saxlanıb suyu süzülür. Soğan sürtkəcdən keçirilib suyu sıxılır. Soğanın üzərinə ətçəkən maşınından keçirilmiş qoz, duz, istiot əlavə edilib qarışdırılır. Qarışıq əzilir. Ördəyin üzərinə su, bir qədər qoz-soğan qarışığı, duz əlavə olunub bişirilir. Ördək bişənə yaxın sudan çıxarılır. Qaynayan suya yağ, yerdə qalan qoz-soğan qarışığı və düyünün yarısı tökülür. Düyünün üstünə ördək yerləşdirilib üzərinə qalan düyü əlavə edilir. Plovun üzərinə bir qədər su tökülüb 1saat zəif odda bişirilir.
Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, soğan, bişirilir, ördək, istiot, qarışığı, qədər, qalan, çıxarılır, bişənə, Ördək, Qaynayan, yaxın, sudan, düyünün, edilir, Plovun, tökülüb, 1saat