Tərkibi:2 su stəkanı düyü
1 ədəd soğan
2 diş sarımsaq
2 ədəd badımcan
1 / 3 dəstə cəfəri
1 yemək qaşığı kərəyağı
1 / 2 su stəkanı qızartma yağı
1 çay qaşığı qarabibər
1 çay qaşığı şəkər
1 çay qaşığı duz
Hazırlanması:Badımcanları yuyub , soyun və duzlu suya qoyun .
Düyünü suyu durulaşana qədər yuyun.
Soğanı yeyinti doğrayın , sarımsağı və cəfərini incə-incə doğrayın .
Badımcanları duzlu sudan çıxarıb sıxın . İstər uzun-uzun , istər ortadan ikiyə bölüb dilimləyərək kəsin.
Qızğın yağa atıb qızardın. Çox yumşalmasına icazə verməyin , çünki bundan əlavə düyü ilə bişirəcəksiniz. Qızardıqdan sonra bir dəsmal kağızın üzərinə götürüb artıq yağını süzdürün.
Plov qazanına kərəyağını qoyun , yanmaması üçün 3-4 damcı zeytunyağı da əlavə edin. Əvvəl soğanları tökün və qovurmağa başlayın . Soğanlar yüngül yumuşayınca sarımsaqları əlavə edin. 2-3 dəqiqə o şəkildə qovurun sonra ən son yuyulmuş düyüləri əlavə edin və düyülər qızarana qədər ocaqda qovurmağa davam edin . Düyülər qovrulduqdan sonra ədviyyatını , şəkərini , duzunu , və incə incə doğranmış cəfərini əlavə edin. Plov qazanına doldurun. Dibinə badımcanları, üzərinə düyü qarışığını qoyun və 3 su stəkanı isti su əlavə edib , qazanın qapağını bağlayın.
Düyülər suyunu çəkəndən sonra ocağın altını söndürün, dəmlənməsi üçün ən az 15 dəqiqə verin və sonra bir qaba tərs çevirərək badımcanlı plovu çıxarın.
Nuş olsun!
Etiketlər: əlavə, sonra, qaşığı, qoyun, stəkanı, Badımcanları, qədər, Düyülər, cəfərini, doğrayın, dəqiqə, duzlu, qazanına, qovurmağa, üzərinə, yuyulmuş, zeytunyağı, qovurun, düyüləri, düyülər