Tərkibi:Kərə yağı 50q
Toyuq filesi 400q
Badam 1/2 stəkan
Yumurta 1 ədəd
Un 3 x.q.
Duz
Hazırlanması:İstiot İlk öncə badamı qabığından təmizləyək. Bunun üçün bir qazana 2 stəkan su boşaldıb, qaynadın. Qaynayan suya badamı əlavə edib, 10 dəqiqə qaynadmağa davam edin. Badamları soyuq su altına salın. Soyumuş badamları qabığından əlinizlə asanlıqla təmizləyə bilərsiniz.
Təmizlənmiş badamları xırda - xırda doğrayın. Yumurtanı yaxşıca çalın. Toyuq filesini orta ölçülü hissələrə doğrayın. Hər bir hissəni öncə yumurtaya, sonra una daha sonra isə doğranılmış badama batırın. Hazırladığınız badamlı fileni kərə yağı ilə orta hərarətli odda (qapağı örtərək) qızarda bilərsiniz.
Nuş olsun!
Etiketlər: badamı, badamları, sonra, Toyuq, qabığından, doğrayın, bilərsiniz, xırda, stəkan, ölçülü, hissələrə, filesini, yaxşıca, hissəni, Yumurtanı, çalın, doğranılmış, hərarətli, qapağı, örtərək