• Monastır sayağı toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 25 094

Tarix : 27-02-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Toyuq filesi 2 ədəd
Bitki yağı 2 x.q
Duz 1/2 ç.q
İstiot 1/2 ç.q
Pomidor 1 ədəd İri
Şampinyon 150 q konservlənmiş göbələkdən də istifadə etmək olar
Holland pendiri 100 q

Hazırlanması:
Toyuq filesini duzlayıb istiotlayın və döyün. Tavada yağı qızdırıb toyuqun hər iki üzünü qızılı rəng alana kimi qızardın.

Tərəvəzləri yuyun, qabığını soyun və doğrayın. Pendiri rəndələyin və ya nazik doğrayın.

Qızardılmış toyuqu soba formasına qoyun və üzərinə göbələk, pomidor və pendiri ardıcıl olaraq yerləşdirin.

20 dəqiqə ərzində 180 dərəcədə bişirin.

Nuş olsun!
Etiketlər: Toyuq, doğrayın, pendiri, rəndələyin, nazik, Qızardılmış, toyuqu, Pendiri, dərəcədə, bişirin, qabığını, soyun, formasına, qoyun, olaraq, yerləşdirin, dəqiqə, ardıcıl, pomidor, yuyun
BİZİ İZLƏYİN